Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün depozit və əmlak üzrə tələblər sərtləşib

Əcnəbilərin Azərbaycanda daimi yaşaması üçün depozit və əmlak üzrə tələblər sərtləşib

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan ərazisində daimi yaşamaq üçün 200 min manatlıq daşınmaz əmlaka və ya banklarda ən azı 200 min manat depozitə sahib olmalıdır. Bu dəyişiklik Miqrasiya Məcəlləsinə dəyişiklik edilməsi haqqında Qanun layihəsində əksini tapıb.

Belə ki, bu şəxslərin Azərbaycanda daimi yaşaması üçün müvafiq tələblər 2 dəfə artırılır.

Daimi yaşamaq üçün icazəsi olan şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində aidiyyəti banka göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin müddətli əmanətinin məbləği azaldılaraq 200 min manatdan aşağı düşdükdə və ya əmanət müqaviləsinə xitam verildikdə bank bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim etməlidir.

Miqrasiya Məcəlləsinə edilməsi planlaşdırılan digər bir dəyişikliyə əsasən isə, Azərbaycanda 100 min manat dəyərində dövlət qiymətli kağızlarına sahib olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə veriləcək.

 

 

mənbə: report.az

08.02.2023

Tags: viza , miqrasiya , yaşayış icazəsi ,