Apple-in telefon istehsalatını Hindistana köçürməsi böyük fəsadlar yaratdı

Apple-in istehsalatı Hindistana köçürməsi böyük fəsadlar yaratdı

İstehsal olunmuş detalların təqribən yarısının istifadəyə yararsız olması aşkarlandı

Covid pandemiyası fonunda Çin zavodlarının işində yaranan fasilələr Apple şirkətini öz təminat zəncirini diversifikasiya etməyə və Hindistana üz tutmağa məcbur edir. Bu məqsədlə Apple bir müddətdir ki, öz dizayner və mühəndisləri yeni istehsalat zənciri qurmaq üçün Hindistana ezam edir. Hindistanda əvvəllər də ucuz i-phone-lar istehsal olunurdu, lakin ötən ilin sentyabrından başlayaraq Apple burada flaqman modellərin istehsalına başlamağa çalışır. 

Görünür ki, bu sahədə Apple-i hələ çox çətinliklər gözləyir. Hindistanın Hosur şəhərində Tata konqlomeratının nəzdində olan telefon korpusu zavodunda istehsal olunmuş detalların yalnız yarısı telefonların yığılması ilə məşğul olan Foxconn şirkətinə göndərilir. Əlavə edək ki, Apple defekt sayının sıfır olmasını hədəfləyir və Çinin Jeunçu zavodunda buna demək olar ki, nail olmuşdu. Bu zavod 300 min nəfərin çalışdığı nəhəng istehsalat habıdır və bəzən i"-Phone şəhəri" də adlandırılır. 

Apple hesab edir ki, Hindistanda yolun başlanğıcındadır və zamanla bu nöqsanları aradan qaldırmağı və effektivliyi yüksəltməyi bacaracaq. 

 

17.02.2023

Tags: apple , india , china , hindistan , çin ,