Apple insanın qan şəkərinin qeyri-invaziv ölçülməsi üzərində çalışır

Apple saatlarında qan şəkərinin ölçülməsi

Hələ ki, fantastik görünsə də, bu texnoloji yenilik yaxın gələcəkdə ağıllı saatlarda tətbiq oluna bilər.

Apple şirkəti insanın dərisini deşmədən qanda şəkərin miqdarını daimi monitorinq edəcək texnologiya yaratmağı düşünür. 

Tədqiqatlarla tanış olan mənbələr bildirib ki, texnologiyada böyük irəliləyişlər var və yaxın gələcəkdə o bazara daxil ola bilər. Əgər bu baş verərsə, Apple şirkəti sağlamlıq cihazları sahəsində öz mövqeyini daha da möhkəmlətmiş olacaq. Apple Watch-la inteqrasiya olunacağı təqdirdə bu saat dünyada şəkərli diabetdən əziyyət çəkən milyonlarıa insan üçün əvəzolunmaz cihaza çevrilə bilər. 

ABŞ əhalisinin təqribən onda biri şəkərli diabetdən əziyyət çəkir. Onların əksəriyyəti qan şəkərinin monitorinqi üçün dərini deşib qan nümunəsi götürən cihazlardan istifadə edirlər. Dexcom Inc. və Abbott Laboratories şirkətləri isə bu məqsədlə dərəiyə taxılan plastırlar təklif edir, lakin onları iki həfdən sonra dəyişdirmək lazımdır.

Apple isə tamamilə başqa yolla getmək qərarına gəlib - o, çiplərdə istifadə olunan silikon fotoniks texnologiyasından və optik udulma spektroskopiyası ölçmə üsulundan istifadə etməyi planlaşdırır. 

Texnologiya üzərində işlərə hələ Steve Jobsun dövründən start verilib. Belə ki, Apple hələ 2010-cu ildə qeyri-invaziv qan analizləri üzərində ilkin tədqiqatlar aparan RareLight adlı startapı alıb. Haızrda şirkət Avalonte Health adlanır.

Yeni qlükoza texnologiyası son on ildə yüzlərlə həm diabet xəstəsi olan, həm də sağlam insan üzərində sınaqdan keçirilib və nəticələri ənənəvi ölçmələrlə müqayisə edilib. Hazırda cihazın kiçildilərək istifadəyə rahat ölçüyə gətirilməsi üzərində işlər gedir. Həmçinin Apple ümid edir ki, orqanizmdə insulin ifrazının ölçülməsi mümkün olarsa, bu istifadəçiləri şəkərli diabet astanasında olmaları barədə xəbərdarlıq edə bilər. 

23.02.2023

Tags: