Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini qaldırdı

Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini qaldırdı

Avropa Mərkəzi Bankının (ECB) direktorlar şurasının qərarı ilə uçot faiz dərəcəsi, gözlənildiyi kimi, 50 baza bəndi, yaxud 0.5% faiz bəndi artırılıb.

Gözlənildiyi kimi, Avropa Mərkəzi Bankının (ECB) direktorlar şurası uçot faiz dərəcəsini 50 baza bəndi, yaxud 0.5% faiz bəndi, yəni 2.5%-dən 3.0%-ə qaldırıb. Bu da 2008-ci ilin dekabrından bu tərəfə ən yuxarı faiz dərəcəsidir.

Depozit faizləri isə 2%-dən 3%-ə qədər artırılıb.

Avropa Mərkəzi Bankının yaydığı press-relizdə bildirilir ki, Bank bu addıma orta müddətli inflyasiyanın 2% çərçivəsində hədəfləməsi məqsədilə gedir. Monetar siyasətlə bağlı martda keçiriləcək növbəti iclasda uçot dərəcəsinin daha 50 baza bəndi qaldırılacağı, daha sonra isə monetar siyasətlə bağlı növbəti addımların dəyərləndiriləcəyi bildirilir. 

İclasda, həmçinin aktivlərin alışı proqramı (APP) çərçivəsində Avrosistemin qiymətli kağızların saxlanmasının azaldılması üsulları haqqında da qərar verilib. Dekabrda bildirildiyi kimi, APP portfeli martın əvvəlindən 2023-cü ilin iyun ayının sonuna qədər orta hesabla ayda 15 milyard avro azalacaq və portfelin azaldılmasının sonrakı tempi zamanla müəyyən ediləcək.

03.02.2023

Tags: avro , avropa mərkəzi bankı , faiz dərəcəsi ,