Azərbaycanda "IT Hub Azerbaijan" layihəsinə start verilib

Azərbaycanda "IT Hub Azerbaijan" layihəsinə start verilib

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və "StrategEast" müəssisəsinin birgə əməkdaşlığı ilə "IT Hub Azerbaijan" layihəsinə start verilib.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və "StrategEast" müəssisəsinin birgə əməkdaşlığı ilə "IT Hub Azerbaijan" layihəsinə start verilib. Bununla bağlı 4SİM-in təşkilatçılığı, müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, elm və təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.

4SİM-in icraçı direktoru Tamerlan Tağıyev, EBRD-nin Bakı ofisinin rəhbəri Kamola Mahmudova, "StrategEast" müəssisəsinin təsisçisi və prezidenti Anatoli Motkin "IT Hub Azerbaijan" layihəsinin ölkədə İT sahəsində bacarıqlı kadrların hazırlanmasında, xarici investisiyaların cəlb edilməsində əhəmiyyəti olacağını vurğulayıblar.

Qeyd edilib ki, layihənin məqsədi ölkəmizin regionlarında informasiya texnologiyaları sahəsində bilik və bacarıqların artırılmasına, bu sahəyə investisiyaların cəlb edilməsinə, yeni iş yerləri və karyera imkanlarının yaradılması proseslərinə dəstək göstərməkdır.

Layihə çərçivəsində ilkin mərhələdə Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir, Şirvan şəhərləri və Naxçıvan Muxtar Respublikası olmaqla Azərbaycanın regionlarında 19-30 yaş kateqoriyasına aid gənclərin ödənişsiz şəkildə İT təlimlərində iştirak etməsi və proqramı uğurla bitirən gənclərin sırasından seçilmiş namizədlərin ölkəmizdə qalmaqla xarici şirkətlərdə işlə təmin edilməsi nəzərdə tutulur.

Təlimlər beynəlxalq ekspertlər tərəfindən kompüter elmləri, proqramlaşdırma, biznes təhlili və digər mövzularda 11 ay müddətində onlayn şəkildə aparılacaqdır.

İştirak etmək istəyənlər aşağıdakı link vasitəsilə 7 mart 2023-cü il tarixinədək qeydiyyatdan keçə bilərlər: bit.ly/3X1IXhy

 

mənbə: report.az

08.02.2023

Tags: