BVF Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

BVF Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib

Azərbaycanda bu il real ümumdaxili məhsulun artımının 2,5% olacağı proqnozlaşdırılır.

Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda iqtisadi artım proqnozunu yeniləyib. Fond bu il Azərbaycanda real ümumdaxili məhsulun artımını 2,5% proqnozlaşdırıb.

Beynəlxalq Valyuta Fondu həmçinin, bu il üzrə Azərbaycanda inflyasiyanın 10,8% civarında gözlənildiyini açıqlayıb.

Qeyd edək ki, bundan əvvəl BVF Azərbaycanın yerləşdiyi Orta Şərq və Mərkəzi Asiya regionunun iqtisadi artım proqnozunu 5,3%-dən 3,2%-ə kimi endirdiyini bildirmişdi.

 

mənbə: apa.az

28.03.2023

Tags: