ChatGPT-nın ödənişli premium versiyası istifadəyə verilib
Son zamanlarda böyük səs-küyə səbəb olmuş süni zəka əsaslı ChatGPT çat-botunun ödənişli versiyası təqdim olunub. Aylıq qiyməti 20$ olan ChatGPT Plus istifadəçilərə daha geniş imkanlar təqdim edir.
Son zamanlarda böyük səs-küyə səbəb olmuş süni zəka əsaslı ChatGPT çat-botunun ödənişli versiyası təqdim olunub. Sözügedən çat-botun yaradıcısı olan OpenAI şirkəti ChatGPT Plus adlı tarif planını istifadəyə verib. Aylıq qiyməti 20$ olan ChatGPT Plus istifadəçilərə daha geniş imkanlar təqdim edir. Qeyd etmək lazımdır ki, ChatGPT Plus-ın istifadəyə verilməsinə baxmayaraq istifadəçilər çat-botun adi pulsuz versiyasından da istifadə etməyə davam edə bilərlər. Lakin ChatGPT Plus istifadəçiləri üçün əlavə imkanlar təqdim ediləcək. OpenAI bildirib ki, çat-botun pullu versiyasının istifadəçiləri ondan hətta pik vaxtlarda da istifadə edə biləcəklər.
Bundan əlavə, çat-bot həmin istifadəçilərə cavabları daha sürətli şəkildə təqdim edəcək. ChatGPT-da reallaşdırılacaq yeni funksiyaları isə ilk öncə məhz ChatGPT Plus istifadəçiləri əldə edəcəklər. Məlumatda qeyd edilib ki, ChatGPT Plus ilk öncə ABŞ-dakı istifadəçilər üçün aktivləşdirilib. OpenAI həmçinin digər ölkələrdən olan istifadəçiləri də ChatGPT Plus-a cəlb etməyi planlaşdırır. Şirkət bildirib ki, ChatGPT Plus öz növbəsində çat-botun adi versiyasını daha çox istifadəçi üçün pulsuz şəkildə saxlanmasına təkan verəcək. Şirkət həmçinin daha ucuz qiymətə başa gələcək tarif planlarının da istifadəyə verilməsini nəzərdən keçirdir.