Dövlət büdcəsində 2.55 mlrd. manatlıq profisit yarandı

Dövlət büdcəsində 2.55 mlrd. manatlıq profisit yarandı

2023-cü ilin yanvar ayında Azərbaycan Respublikasının dövlət büdcəsində 2 milyard 548.6 milyon manatlıq profisit (qalıq) yaranıb

Dövlət Statistika Komitəsinin bildirdiyinə görə, 2023-cü ilin yanvarında Azərbaycan Respublikasının dövlət büdcəsində 2 milyard 548.6 milyon manatlıq profisit (qalıq) yaranıb.

Məlumata görə, dövlət büdcəsinin gəlirləri illik müqayisədə 45.9% artaraq 4 milyard 6.5 milyon manata yüksəldiyi halda, dövlət büdcəsinin xərcləri 48.3% artaraq 1 milyard 457.9 milyon manat olub.

Qeyd edək ki, 2023-cü il üzrə Dövlət Büdcəsi haqqında qanuna görə, Respublikanın dövlət büdcəsində 2 mlrd. 579.3 mln. manat kəsir (defisit) proqnoz edilir. Belə ki dövlət büdcəsinin gəlirləri 30.77 mlrd. manat, xərcləri 33.35 mlrd manat olacağı proqnoz edilir.

21.02.2023

Tags: büdcə , profisit ,