Dünyada 141 mln nəfər enerjinin bahalaşması ucbatından yoxsulluqla üzləşə bilər
Britaniya, Niderland, Çin və ABŞ alimlərinin birgə tədqiqatında bu nəticəyə gəlinir
Rusiyanın Ukraynaya hücumu nəticəsində dərinləşən enerji böhranı dünyada 141 nəfəri ifrat yoxsulluq həddinə sala bilər. Nature Energy jurnalında bu həftə dərc olunmuş tədqiqatda bu nəticəyə gəlinir.
Tədqiqatçılar 116 ölkədə enerji qiymətlərində artımın təsirini modelləşdirərək bu qənaətə gəliblər ki, post-pandemik xərc artımından əlavə, Rusiya-Ukrayna müharibəsi nəticəsəində təbii qaz və kömürün bahalaşması ev təsərrüfatlarının xərclərini orta hesabla 4,8% artırıb.
Aşağı gəlirli ölkələrdə onsuz da ərzaq çatışmazlığı ilə üzləşən yoxsul ailə təsərrüfatları enerji bahalaşması nəticəsində daha böyük risklərə məruz qalır. Daha yüksək gəlirli dövlətlərdəki ailə təsərrüfatları isə qiymət artımının təsirini hiss etsələr də, bu fərqi ailə büdcəsində əritməyə nail ola bilirlər.
Bir sıra dövlətlərdə, məsələn Estoniya, Çexiya və Polşada eneji qiymətlərinin dünya səviyyəsi ilə müqayisədə daha sürətlə artması ölkəni daha böyük risklə üzləşdirir. Buna səbəb həmin ölkələrdə eneji-tutumlu sahələrin çox olmasıdır. Məsələn, 2020-ci ildə Polşada enerji istehsalının 68,5%-i daş kömürün payına düşürdü.
Enerji qiymətlərindəki səçrayış ərzaq məhsullarının da bahalaşmasına səbəb olub. ABŞ-da ötən illə müqayisədə yumurta 70, marqarin 44, kərə yağı 26, un 20, şəkər 14% bahalaşıb.
İstehlak məhsulları istehsalçıları bildirib ki, qiymət artımlarl bu il də davam edəcək.