Gənclər üçün daha yaxşı əmək şəraitini necə yaratmaq olar?

Gənclər üçün daha yaxşı əmək şəraitini necə yaratmaq olar?

Gənc işçilərin daha effektiv çalışması üçün yaradılan iş şəraiti hansı 5 tələbə cavab verməlidir?

Dünya İqtisadi Forumunun 2023-cü il toplantısı “Qütbləşmiş dünyada əməkdaşlıq” adı altında təşkil olunmuşdu. Gələcək nəsillər üçün daha yaxşı bir dünyanın qurulması niyyəti güdən bu əhəmiyyətli ənənəvi yanvar toplantısı dünya biznesinin yüksək səviyyəli liderləri də daxil olmaqla, 2700 nəfəri cəlb etmişdi.

Gəncləri narahat edən mövzuları müzakirə etmək, gələcəyin iş yerini barədə onların baxış bucağını anlamaq məqsədilə bu liderlər DİF-in təşkil etdiyi Global Shapers Birliyinin üzvü olan 50 gənclə görüşlər keçirdilər. Bu görüşlərdən gəldiyimiz 5 nəticə bunlardır.

 

  1. Bütün dünyada gənclərin işlə təminatı prioritet olmalıdır

Pandemiyadan irəli gələn işsizlik gənclərə daha ağır zərbə vurdu - digər yaş qruplarına nəzərən 30 yaşdan aşağı şəxslərin daha çox hissəsi öz iş yerindən məhrum oldu və ya ümumiyyətlə iş tapa bilmədi. Buna qapanmalar, ümüumi iqtisadi geriləmə, iş şəraitlərində dəyişikliklər də təsirini göstərdi.

Global Shapers Davosda görüşdükləri liderlərə səslənərək, gənclər üçün mənalı iqtisadi imkanlar yaratmağa çağırdılar. Bu, daha yüksək əməkhaqqı ilə yanaşı, şəffaflıq, ədalətli münasibət, iş-həyat balansı və yüksəliş imkanlarını ifadə edir.  

L’Oreal şirkərinin Korporativ münasibətlərə üzrə direktoru Blanka Cuti görüşdə dedi: “Əməyin gələcəyi hazırda yenidən kəşf olunur. Gələcəyimiz gənclərdir. Ən istedadlı gəncləri cəlb edə bilən şirkətlər onların məqsədyönlüyündən və real nəticə göstərmək istəyindən faydalanacaq.”

 

  1. Gənclər rifahı önəmsəyən işlərə can atır.

Gənclər işin anlamlı olmasını istəyir və əvvəlki nəsillərdən fərqli olaraq, bu anlamı görmədikdə, işdən çıxa da bilər. Gənc işçilər təltif sistemi olmayan, toksik münasibətlər hökm sürən, qeyri-real tələblər qoyan və işçinin daim əlçatan olmasını tələb edən vəzifələrdən qaçırlar.

Global Shapers gənclərdə stress və tükənmə hallarına diqqət çəkir və əmindir ki, gənclər məqsədi və rifahı ön planda tutan yerlərdə çalışmaq istəyir. Gördükləri işin insanlar və dünya üçün əhəmiyyətli olduğunu bilmək, həmçinin ödənişli məzuniyyət, rəhbərliyin diqqətcil olması, psixoloji dəstək və iş yerində öyrənmə kimi amillər gənclər üçün önəmlidir.

HCL Tech şirkətinin Avropa və Afrika üzrə inkişaf direktoru Aşiş Kumar Qubta: “Gələcəyin iş yeri bölünmüş, hiperəlaqəli, əməkdaşlığa və çevikliə əsaslanan bir yer olaraq yenidən qurulmalı və raha iş vaxtı və daha yaxşı həyat-iş balansı təmin etməlidir. Bu, təkcə gənc işçilərin arzusu deyil, bu, həm də biznesin inkişafı üçün zəruridir.”

 

  1. Gənclər öz rəhbərlərindən şəffaflıq umurlar

“İndiki gənclər işə ayrı cür baxırlar. Post-pandemik dövrdə şəffaflıq çox əhəmiyyətlidir. İşçilər ədalətli münasibət, açıq məlumat və şəffaf işəgötürmə şərtləri tələb edirlər.”- bu sözləri Publicis Group-un rəhbəri Artur Sadoun bildirib.

Global Shapers vurğulayır ki, gənclər planetə zərər vuran və ya qütbləşməni dəstəkləyən şirkətlərə çalışmaq istəmir. Onlar gördükləri işin missiyasına inanir və əgər şirkət bərabərlik, inklüzivlik və davamlılıq nümayiş etdirməzsə öz iş yerlərini tərk etməyə hazırdır.  

İllik toplantı ərzində gənc innovatorlar biznes liderlərə bütün istehsal zənciri boyu karbon izinin və istixana qazları emissiyasının azaldılması üçün, habelə cinslərin iş məkanında ədalətli təmsil olunması üçün xüsusi çağırış etdilər. Onlar liderlərin sosial və ərtaf mühit mövzularında qabaqcıl mövqe tutacaqlarını umurlar, bu istiqamətdə həqiqətən səy göstərənlər qiymətləndiriləcək, sözdə humanist və eko-aktivist olanlar isə yox.

 

  1. Öyrənmə imkanları işçilərin qalmasına təsir edəcək

Gənclər gələcəkdən nigarandırlar. Onlar iqtisadi tənəzzüldən, inflyasiyadan, borclanmadan, sosial qütbləşmədən, planetin problemlərindən və geosiyasi gərginlikdən narahatdır. Lakin eyni zamanda, onlar ümidlidirlər - gənclər realistdir, dözümlüdür və öyrənmənin gücünü anlayırlar.

Global Shapers göstərir ki, gənclər dəyişən vəziyyətlərə diqqətlə yanaşır, iş yerində riski və davamlılıq problemlərini qiymətləndirməyə can atır. Çağırışlara hazırdırlar və lazım gələndə asanlıqla adaptasiya olurlar. Şirkətlər və rəhbərlər onların bu xüsusiyyətlərindən faydalanmalıdırlar.

Dəəyişən düyada gənclər həmçinin öyrənmə və inkişaf imkanları təmin edən və treninqlər təşkil edən şirkətlərə üz tuturlar. Onlar istəyir ki, dünyanın əsas problemlərinin həllinə töhfə versinlər, iş vaxtlarını zəruri həllərə sərf etsinlər və çalışdıqları şirkətləri daha ciddi addımlara sövq edə bilsinlər.

 

  1. Nəsillərarası əməkdaşlıq dinləməkdən başlayır

Dünya İqtisadi Forumu gənclərin qərarvermə prosesində iştirakına dəstək vermək istəyir və məhz bunun üçün 50 Global Shapers üzvünü Davosda qlobal və lokal məsələlərin müzakirəsinə dəvət edib. Lakin nəsillərarası dialoq bununla bitmir. Gənclər fokus qruplardan tutmuş idarə heyətlərinə qədər cəmiyyətin hər bir sahəsində qərarverməyə cəlb olunmalıdırlar.

Global Shapers əmindir ki, uğurlu şirkətlər gənc əməkdaşlarla əlaqədə olmalı və onların ehtiyaclarından xəbərdar olmalıdırlar. Gəncləri dinləyən, ödənməmiş tələbat və istəkləri öyrənib qarşılamağa can atan rəhbərlər gənc əməkdaşların loyallığı və çalışqanlığı ilə mükafatlanmış olacaq.

Gənc fəallar şirkətləri idarə heyətlərində yaş müxtəlifliyinə diqqət yetirməyə çağırış edir. 500 S&P şirkətinin yarıdan çoxunda 50 yaşdan cavan şəxslər idarə heyətində təmsil olunmur. Gələcəyi qurmaqda gənclərin də rolu olmaldır və idarə heyətlərində təmsil olunmaq bunun bir forması ola bilər. Gəlin gənclərə bu şəraiti yaradaq.

07.02.2023

Tags: işçi qüvvəsi , əmək şəraiti , gənc ,