GOOGLE yeni Bard çatbotunu təqdim etdi
GOOGLE süni intellektə əsaslanan və ChatGPT-yə rəqib olacaq yeni Bard çatbotunu təqdim etdi
İnformasiya Texnologiyaları giqantı GOOGLE suallara cavab verən süni intellekt əsaslı yeni xidmətini təqdim edib. Bard adlanan bu xidmət hələ ki, güvənli istifadəçilər üçün sınaq rejimində çalışacaq. Yaxın həftələrdə isə Bard-ın geniş istifadəçi kütləsinin ixtiyaraına veriləcəyi gözlənir.
Bəs Bard-ın üstünlüyü nədir? Bardın işi GOOGLE-ın böyük dil platforması olan Lamdaya əsaslanır. Lamdanın cavabları insan nitqinə çox bənzədiyi üçün bəzən onu "şüurlu" adlandırırlar. GOOGLE CEO-su Sundar Piçainin sözləri ilə desək, "Bard geniş ümumdünya məlumatlarını böyük dil platformalarımızın gücü, intellekti və yaradıcılıq qabiliyyəti ilə birləşdirir". İlk dövrdə Bard-ın daha çox insan üçün əlçatanlığı təmin etmək məqsədilə Lamdanın daha sadə versiyasının istifadı edilməsi gözlənir.
Sirr deyil ki, Bard xidməti dünya gündəmini ələ keçirmiş ChatGPT servisinə rəqib olmaq üçün nəzərdə tutulub. Bu servis sizin arzunuza görə yazı yaza, mahnı bəstələyə, hətta kod tərtib edə bilər. 2022-ci ilin nəticələrinə görə, ChatGPT-nin sıçrayışlı inkişafı GOOGLE şirkətinin gözlənilən gəlirini azaltdı və mənfəətini 3,6% aşağı saldı. Üstəlik, Microsoft şirkəti ChatGPT-ni özünün Bing axtarış sistemi ilə inteqrasiya etmək niyyətini açıqladı. Bu isə İT ictimaiyyətində GOOGLE axtarış sisteminin sonunun yaxınlaşdığı söz-səhbətlərinə yol açdı.
Görünür ki, istifadəçilərin axtarış sistemlərinə qarşı tələbatının dərinləşməsi, sorğuların formatının dəyişməsi bu sistemlərdə də yeniliklərə səbəb olmalı idi. istifadəçilər axtarış nəticəsində çoxsaylı keçidlər əldə etməkdənsə, daha mürəkkəb formatda suallar verib onlara asan cavab almağa üstünlük verəcəklər. Bu isə axtarış sistemlərinin generasiya olunmuş nəticələrə hədəflənməsini zərurətə çevirir.
Lakin hazırki inkişaf səviyyəsində həm ChatGPT-nin, həm də ondan sonra yaranmış və yaranacaq çatbotların əsəs çatışmazlığı onların internetdəki məlumatlara arxalanmasıdır. Halbuki, bu çatbotlar internetdə tapdıqları məlumatların doğru və yalnış olmasını ayırd edəcək qabiliyyətə malik deyillər. Buna baxmayaraq, çatbotlar sizin suallarınıza cavab verərkən dəqiqliyini təsdiqləyə bilməyəcəyi məlumatlardan faydalanır və nəticəni sizə fakt kimi təqdim edir, halbuki, bəlkə də dəqiq olmayan yeni bir məlumat yaratmışdır.
Şübhəsiz ki, süni intellektə əsaslanan çatbotların yaranması texnologiyaların, həmçinin axtarış sistemlərinin inkişafında mühüm mərhələdir, lakin nəzərdən qaçırmaq olmaz ki, onlar hələ körpədir və insanların tam güvənini qazana bilməsi üçün hələ uzun bir inkişaf yolu keçməsi labüddür. O zamana qədər isə insan intellekti hələ ki, süni intellektdən üstündür. Hələ ki.