Hindistan - qlobal problemlərin fonunda artım nümayişi

Hindistan - qlobal problemlərin fonunda artım nümayişi

Yaxın on ildə ilədək Hindistanın Almaniya və Yaponiyanı geridə qoyaraq dünyanın 3-cü böyük iqtisadiyyatına çevriləcəyi proqnozlaşdırılır.

Bütün dünya ölkələrində iqtisadi geriləmə və ya ən azı inkişafın zəifləməsi müşahidə olunduğu bir dövrdə, dünyanın aparıcı iqtisadi qurumları Çin və Hindistanda artımın cüzi zəfiləməsini, lakin buna baxmayaraq yüksək səviyyədə qalacağını proqnozlaşdlrlr. Beynəlxalq Valyuta Fondu Çin iqtisadiyyatının 2023-cü ildə 4,4%, Hindistan ÜDM-nin isə bundan da çox - 6,1% artacağını gözləyir. The Centre for Economics and Business Research təxmin edir ki, yaxın on ildə Hindistan Almaniya və Yaponiyanı geridə qoyaraq dünyanın 3-cü böyük iqtisadiyyatına çevriləcək və 2035-ci ilədək onun ÜDM-i 10 trilyon dollara çatacaq. 

Yanvarda baş tutmuş Dünya İqtisadi Forumunun Davos sammitində də Hindistanın parlaq nümunəsi diqqət mərkəzində oldu. Doğrudur, Hindistanla bağlı ifrat optimist proqnozlar forumda fəal təmsil olunan hindistanlı dövlət və biznes nümayəndələri tərəfindən də qızışdırılırdı. Lakin bunu əsas götürərək ölkənin uğurlarını danmaq olmaz. Çıxışı zamanı Yaponiya Bankının sədri Hindistanın işlərinin, xüsusilə Pakistan, Şri-Lanka və Banqladeş kimi qonşuları ilə müqayisədə "həddən artıq yaxşı" getdiyiini bildirdi.

Ericsson-un başçısı Börje Ekholm isə burada 5G infrastrukturunun sürətlə inkişaf etməsini vurğuladı: "Bütün bunlar rəqəmsal Hindistanı qurmağa xidmət edir. Onlar 4G ilə də yaxşı yola gedirdilər, lakin 5G-ni daha sürətlə qururlar. Hindistan tezliklə, dünyanın Çindən sonra ən təkmil rəqəmsal infrastrukturuna malik olacaq. Bu sahədə Avropa xeyli geridə qalır.", deyə o bildirib. 

Dünyanın Tayvandan asılılığı narahatlıq doğurarkən, Hindistan qlobal çip istehsalçısı habı olmağı da hədəfləyir. Rəsmi təsdiq olunmasa da, Apple-in telefon istehsalının 25%-ni Hindistana daşıyacağı bildirilir. Rəqəmsal ödənişlər sahəsində artıq dünya lideri olan Hindistan, günəş, külək enerjisi və ekoloji təmiz hidrogen istehsalı kimi sahələrdə inkişafa da fokuslanır. 

 

İnkişaf ailləri

Tata Consultancy Services-in icraçı direktiru Rajeş Gopinathan Hindistan barədə optimistliyini paylaşıb: "Stabil siyasi mühit və infrastruktura əhəmiyyətli dövlət investisiyaları artıma əlverilşi şərait yaradıb. Hindistan energetik keçidə yaxşı hazılıqlı olub, çünki yeni elementi maneə yaradan köhnə infrastruktur qalıqları olmadan qurmaqdadır. Qlobal iqtsiadiyyat və ölkə miqyası onaa kifayət qədər kapital təmin edə bilib. Beləliklə, demoqrafiyanı, tələbin həcmini və kapitalın əlçatanlığını birləşdirin, və siz böyük potensial əldə etmiş olursunuz. Yalnız onun məsuliyyətlə reallaşdırılması qalır."

Hindistanın yenilənəbilən enerji resurslarına keçmək və 2070-ci ilədək karbon emissiyasını sıfıra endirmək öhdəliyi götürməsinə baxmayaraq, ölkə ucuz Rusiya neftini almaqla xeyli qabaq düşdü. Halbuki həmin vaxtda Avropa enerji qıtlığı riski, kəskin yuxarı qiymətlər və bazar volatilliyi ilə üzbəüz idi.  

Digər ölkələrlə müqayisədə Hindistan inflyasiyadan da daha az əziyyət çəkir. Dekabrda burada İQİ 5,5% olmuşdur. Mahindra Group-un icraçı direktoru Aniş Şah resessiya ilə bağlı fikirlərini CNBC ilə paylaşıb. "Doğrudur, Hindistan istehlak qiymətlərinin artımını ram edib və ərzaq təhlükəsizliyini təmin edə bilib. Lakin inflyasiya hələ də təhlükə olaraq qalır. Təbii ki, əgər bütün dünya resessiyaya uğrasa Hindistanın kənarda qalması mümkün ola bilməz. Lakin hazlrda qurulmuş bünövrə sayəsində bu təsir daha yumşaq ola bilər."

 

Doğrudanmı hər şey bu qədər yaxşıdır? 

Deloitte-in 2021-ci il hesabatında göstərilir ki, Hindistanda biznesin asanlaşması və xarici investisiyaların cəlb olunması üçün hələ də böyük sistemli islahatlara ehtiyac var. 

Ölkə gəlirlərin qeyri-bərabər bölünməsi üzrə dünyada ən yüksək yerlərdən birini tutur. Baxmayaraq ki, son 15 ildə bir göstərici üzrə yoxsulluq 55%-dən 16%-ə enib, lakin yoxsulluq qalmaqda və pandemiya dövründə daha da dərinləşməkdədir. 

Carnegie Hindistan araşdırma mərkəzinin əməkdaşı Suyaş Rai Davos sammitinin ölkəsi ilə bağlı optimizminə skeptik yanaşır. "Ümumiyyətlə, inkişaf etməkdə olan ölkələrin inkişaf etmiş ölkələrlə müqayisəsi hər zaman korrekt olmaya bilər, çünki sonuncularda həmişə daha zəif artım sürəti müşahidə olunur, - deyə o bildirib. Üstəlik, indiki yüksək sürətli artım pandemiya dövründə qeydə alınmış 6,6% geriləmənin kompensasiyası ilə də bağlı ola bilər."

 

21.02.2023

Tags: hindistan , ÜDM ,