Meta ödənişli verifikasiya sisteminin tətbiqinə başlayır

Meta ödənişli verifikasiya sisteminin tətbiqinə başlayır

Facebook və Instagram istifadəçiləri ödənişli əsasla təsbit oluna biləcəklər

Mark Zukerberq elan edib ki, tezliklə Facebook və Instagram istifadəçiləri ödənişli əsasla təsbit oluna biləcəklər.

"Meta Verified" web üçün 11,99, iOS üçün isə 14,99 ABŞ dolları olmaqla, ilk olaraq Avstraliya və Yeni Zelandiyada tətbiq olunacaq. Xidmət bir sıra digər üstünlüklər də vəd edir, məsələn, müştəri xidmətlərinə birbaça çıxış və təqlidçi hesablardan qorunma. 

Yalançı hesablardan qorunmaq üçün istifadəçilər 18 yaşdan böyük olmalı, öz profil adları və şəkillərini təsdiq edən sənədi təqdim etməlidirlər. "Bu yeni xüsusiyyət xidmətlərimizin təhlükəsizliyini və güvənliyini yüksəldəcək" deyə Zukerberq bildirib. 

Meta məxsusi aydınlıq gətirib ki, artıq verifikasiya olunmuş hesablar üçün heç bir dəyişiklik gözlənilmir. 

 

 

 

20.02.2023

Tags: