Microsoft kənar şirkətlərə fərdi ChatGPT versiyalarını yaratmaq imkanını verəcək

Microsoft kənar şirkətlərə fərdi ChatGPT versiyalarını yaratmaq imkanını verəcək

Söhbət, kənar şirkətlərə hazır texnoloji həllər əsasında fərdi çat-botları yaratmağa imkanını verəcək proqram təminatından gedir.

OpenAI şirkətinin süni zəka əsaslı ChatGPT çat-botunun inkişafı üçün milyardlarla dollar vəsait xərcləmiş Microsoft şirkəti xüsusi proqram təminatının hazırlanmasına əlavə olaraq milyardlarla dollar vəsait xərcləməyə hazırdır. Söhbət, kənar şirkətlərə hazır texnoloji həllər əsasında fərdi çat-botları yaratmağa imkanını verəcək proqram təminatından gedir. OpenAI şirkətinin ChatGPT-ni istifadəyə verdiyi gündən 2 ay müddətində o, internet mühitinin ən çox danışılan mövzularından birinə çevrildi. Qeyd etmək lazımdır ki, ChatGPT qısa sorğular əsasında müxtəlif mətnləri, proqram təminatı kodlarını tərtib edə və eləcə də istifadəçiləri maraqlandıran suallara cavabları təqdim edə bilir. UBS şirkətinin verdiyi məlumata əsasən ChatGPT-nin istifadəçi kütləsi artıq 100 milyonu keçib. Microsoft isə öz növbəsində müxtəlif üsullarla bu çat-bordan faydalanmaq niyyətindədir.

Şirkət ChatGPT üçün artıq bulud servis xidmətini təqdim edir. Keçən ay isə o, OpenAI ilə əməkdaşlığını genişləndirdiyini elan etmişdi. Gözləntilərə əsasən tərəflər arasındakı əməkdaşlığın genişləndirilməsi çərçivəsində Microsoft OpenAI-ya milyardlarla dollar investisiya yatıracaq. Bununla belə şirkət OpenAI texnologiyasını öz məhsullarına inteqrasiya etmək üzərində çalışır. Şirkət artıq ChatGPT-nin təməlində olan dil modeli əsasında çalışan yeni funksiyaları Bing axtarış sisteminə və Edge brauzerinə inteqrasiya edib. Bundan əlavə olaraq Microsoft kənar şirkətlərə, məktəblərə və dövlət qurumlarına ChatGPT əsasında fərdi çat-botlar yaratmaq imkanını təqdim etmək niyyətindədir. Gözləntilərə əsasən şirkət tərəfindən təqdim ediləcək platforma artıq mövcud olan çat-botları təkmilləşdirmək və yenilərini yaratmaq imkanını verəcək.

 

mənbə: technote.az

10.02.2023

Tags: ChatGPT , microsoft , Aİ ,