Ötən il şirkətlər dövlətə 8.5 mlrd. manatdan çox mənfəət vergisi ödəyib

Ötən il şirkətlər dövlətə 8.5 mlrd. manatdan çox mənfəət vergisi ödəyib

Beləliklə, 2022-ci ilin dövlət büdcəsi gəlirlərinin 27.5%-i şirkətlərin mənfəət vergisi üzrə gəlirləri olmuşdur.

Azərbaycanda fəaliyyətdə olan hüquqi şəxslər 2022-ci ildə dövlət büdcəsinə 8 mlrd. 522.5 mln. mənfəət vergisi ödəyiblər ki, bu da ölkə tarixində ən yüksək rəqəmdir.

Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2022-ci ildə dövlət büdcəsinə öncəki illə müqayisədə 5 milyard 564.1 milyon manat çox, yaxud 2.8 dəfə çox mənfəət vergisi ödəyiblər.

Beləliklə, 2022-ci ilin dövlət büdcəsi gəlirlərinin 27.5%-i şirkətlərin mənfəət vergisi üzrə gəlirləri olmuşdur.

DSK-nın son məlumatlarına əsasən büdcə gəlirləri 2022-ci ildə 30 milyard 940.7 milyon manat olub.

 

 

21.02.2023

Tags: vergi , mənfəət vergisi ,